news-details

Gürcüstanda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb

Gürcüstanda daha bir nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da Gürcüstanda COVID-19 virusundan ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkar olunub və bu virusa yoluxanların sayı 800 nəfərə çatıb.

COVID-19 virusuna yoluxmuş 640 nəfər sağalaraq evə buraxılıb.

Hazırda Gürcüstanda 2424 nəfər karantində, 304 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Daha 3 nəfər xarici ölkələrdən gətirilmiş koronavirus xəstəsi Tbilisidə müalicə olunur.

Hibya Xəbər Agentliyi