news-details

“Standard Insurance” “Qonşum” məhsulu

Bakı 22 Aprel, 2020: Öz sığorta məhsulları ilə müştərilənin sevgisini qazanan  “Standard Insurance” yeni “Qonşum” məhsulunu təqdim edib. Sığorta bazarında ilk olan məhsul öz unikallığı ilə seçilir.

 

“Qonşum” Mülki Məsuliyyət Sığortası vətəndaşa məxsus mənzilin istismarı ilə əlaqədar baş vermiş hadisə nəticəsində qonşunun mənzilinə dəyən zərərin ödənilməsi üzrə təminat verilir. Belə ki, sığortalı qonşusunun mənzilinə zərər vurduğu halda, qonşusunun əmlakına dəymiş zərər “Standard İnsurance” tərəfindən ödənilir.

 

“Qonşum” Mülki Məsuliyyət Sığortası ildə cəmi 19 AZN ödəməklə, 10 000 AZN məbləğində təminat verir. Bu da müştərilərə minimal məbləğlə qonşularının mənzilinə dəyə biləcək zərərdən maksimum sığortalanmaq imkanı yaradır.

 

İcbari sığorta ilə evinizi, “Qonşum” sığorta məhsulu iləqonşunuz qarşısında özünüzü qorumaq imkanı verir

 

Xatırladaq ki, “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.

Hibya Xəbər Agentliyi