news-details

Qırğızıstanda koronavirusa yoluxanların sayı 68 nəfər artıb

Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 1662 nəfərə çatıb.

Bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə bildirib.

Nazir müavini deyib ki, indiyədək bu virusdan 1088 xəstə sağalıb, ölənlərin sayı 16 nəfərdir.

O bildirib ki, indiyədək 330 tibb işçisi bu virusa yoluxub və 247-si artıq sağalıb. Vurğulanıb ki, hazırda xəstəxanalarda 558 xəstə müalicə olunur, 10 nəfərin isə vəziyyəti ağırdır.