news-details

Gürcüstanda koronavirusa yoluxanların 12,7 faizini tibb işçiləri təşkil edir

Gürcüstanda koronavirusa daha 12 nəfər yoluxub.

 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında məlumat yerləşdirilib.

 

Bildirilir ki, ölkədə COVID-19-a yoluxanların sayı 604 nəfərə çatıb. Onlardan 240 nəfəri sağalıb, 9-u isə ölüb.

 

Hazırda ölkə üzrə 4887 nəfər karantində, 500 nəfər isə stasionar nəzarətdə saxlanılır.

 

Türkiyə və Ermənistandan Gürcüstana gətirilən 3 vətəndaş da vətəndə müalicə olunur.

 

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların 12,7 faizini tibb işçiləri təşkil edir.

 

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib. Onun sözlərinə görə, həkimlərin vəziyyəti qənaətbəxşdir.

Hibya Xəbər Agentliyi