news-details

Mastercard vaxtı bitmiş kartların müddətini uzadaraq Azərbaycandakı kart sahiblərinə dəstək olur

“Mastercard” ödəmə sistemi vaxtı keçmiş kartların istifadəsinə icazə verməyi tövsiyə edərək, bununla bağlı Rusiya banklarına rəsmi məktub göndərib.

Qeyd edildiyi kimi, “Mastercard” vaxtı keçmiş kartlarla ödənişləri həyata keçirməyə icazə verir. Mütəxəssislərin fikrincə, bu, yeni kart almaq üçün banka gələ bilməyən müştərilər üçün yaxşı çıxış yolu ola bilər. Bununla bağlı son qərar banklar tərəfindən qəbul ediləcək.

RBC-nın verdiyi məlumata görə, eyni təklifi daha əvvəl “Visa” ödəmə sistemi irəli sürmüşdür. Kredit təşkilatlarına göndərilən məktub barədə agentliyə iki mənbə məlumat verib.

Kart verən və qəbul edən banklar kartların xidmət müddətini uzada bilərlər. Bunun üçün “Visa” ya müvafiq sorğu göndərmək lazımdır. Dəyişikliklər sorğunun qəbul olunduğu andan iki həftə ərzində aktivləşdirilir.

Qeyd edək ki, vaxtı keçmiş kredit və debet kartlarına xidmət göstərməyə davam edən banklardan biri Bank VTB olacaq.

“Müştərilərin ictimai yerlərə, o cümlədən bank filiallarına ziyarətini minimuma endirmək üçün bu qərarın nə qədər vacib olduğunu başa düşürük. Kart sahiblərinin təhlükəsizliyini təmin edən VTB, müştərilərə istifadə vaxtı keçmiş kartlardan istifadə etməyə imkan verəcək mexanizm hazırlayır”, – bankın göndərdiyi müsajda deyilir.

Eyni analoji açıqlama Azərbaycan Beynəlxalq Bankında da elan verilmişdi. Belə ki, ABB müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır.

Hibya Xəbər Agentliyi